Futzal millimiz yenə darmadağın oldu - YENİLƏNİB

23:17 30 Mart 2019

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komandamız son sınağında Sloveniya yığması ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayıb.Qrupun digər oyununda isə Hollandiya və Cənubi Kipr milliləri üz-üzə gələcəklər.

 

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyunda Cənubi Kiprə 1:7, Hollandiyaya isə 1:6 hesabı ilə uduzub.

 

 

Avropa çempionatı

Əsas mərhələ

30 mart

 

21.00. Azərbaycan - Sloveniya 1-9

Hakimlər: DamianYaruçevits (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rothenflu (İsveçrə).

Podçetrtek İdman Sarayında.


Digər xəbərlər

Xəbər xətti