Karateçilərimiz İspaniyada ilk medalı qazandı

15:55 30 Mart 2019

İspaniyanın Quadalaxara şəhərində 28-31 mart tarixlərində keçirilən böyüklərin 54-cü Avropa çempionatında finallar başlayıb.

 

Sportarena.az xəbər verir ki, +84 kq çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı Azərbaycana ilk medalı qazandırıb.O, bürün medal uğrunda görüşdə Ukrayna təmsilçisi Rizvan Talıbovu 7:5 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, qitə çempionatında 19 idmançı ilə təmsil olunan Azərbaycanın 4 karateçisi final mərhələsinə yüksəlməyi bacarıb.

 

+84 kq, Asiman Qurbanlı:

“Bürünc” görüşü: Rizvan Talıbov (Ukrayna) - 7:5

1. Alexandru Paun (Rumıniya) - 3:0

2. Alparslan Yamanoğlu (Türkiyə) - 5:0

3. Anes Konqo (Bosniya və Herseqovina) - 6:0

4. Conatan Horn (Almaniya) - əsas vaxt 0:0, 1:4 (Hantei)


Xəbər xətti