Rafael Ağayev 12-ci “qızıl”ı əldən verdi - FOTOLAR

18:53 30 Mart 2019

İspaniyanın Quadalaxara şəhərində keçirilən böyüklərin 54-cü Avropa çempionatında növbəti final görüşü baş tutub.

 

Sportarena.az xəbər verir ki, -75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev finalda italiyalı Luici Busaya 0:1 hesabı ilə məğlub olub.Karyerası ərzində 11 dəfə Avropa çempionluğu yaşamış 34 yaşlı karateçi bu dəfə gümüş medalla kifayətlənməli olub.

 

Qeyd edək ki, bu, Azərbaycan karateçilərinin İspaniyadakı qitə çempionatında ikinci medalıdır. Bundan öncə Asiman Qurbanlı bürünc medal əldə edib.

 

Qızıl medal uğrunda görüş

-75 kq, Rafael Ağayev : Luici Busa (İtaliya) - 0:1

Əvvəlki görüşlər

1. Yusid Suljiç (Bosniya və Herseqovina) - 3:0

2. Bekim Başa (Albaniya) - 3:1

3. Elhami Şabani (Kosova) - 3:0

4. Stanislav Horuna (Ukrayna) - 5:1



Digər xəbərlər

Xəbər xətti