Futzal millimizin heyəti açıqlandı

15:30 1 Aprel 2019

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına yığışacaq. 

 

Sportarena.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda aprelin 8-də və 9-da Bakıda məşq edəcək.Ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada hazırlıq keçəcək yığmamız toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya millisi ilə yoldaşlıq oyunları keçirəcək.

 

Komandamızın bu oyunlar üçün heyəti də açıqlanıb. Məşqçilər korpusu "Araz"ın 5, EKOL-un isə 4 üzvünə dəvət göndərib. 14 nəfərlik heyətə çağırılan 4 futzalçı milliləşdirilmiş legionerlərdi.

 

Millimizin heyəti: Rizvan Fərzəliyev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov ("Araz"), Fərid Atakişiyev, Namiq Məmmədkərimov, Samir Həmzəyev, Emin Kürdov (EKOL), Vitali Borisov ("Neftçi"), Sezar de Angelis Conatan Luiz ("Jetısu", Qazaxıstan), Teles Martins Tiaqo ("Norilskiy Nikel", Rusiya), Everton Kardoso ("Levante", İspaniya), Fineo de Araujo ("İPC Pelindo", İndoneziya).


Xəbər xətti