Məmmədyarov uduzdu, Rəcəbovdan heç-heçə - FOTOLAR

23:12 2 Aprel 2019

Bu gün Şəmkirdə “Shamkir Chess” şahmat üzrə 6-cı beynəlxalq turnirdə 3-cü turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, təmsilçilərimizdən Teymur Rəcəbov çinli Dinq Lirenlə bərabərə oynayıb. Şəhriyar Məmmədyarov isə Vişvanatan Ananda məğlub olub.

 

Nəticələri təqdim edirik:

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0.5:0.5

David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5

Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

 

Turnir cədvəli: 1. Maqnus Karlsen - 2.5 xal, 2-3. Dinq Liren, Sergey Karyakin - 2 xal, 4-6. Vişvanatan Anand, Teymur Rəcəbov, Veselin Topalov - 1.5 xal, 7-10. Aleksandr Qrişuk, Aniş Qiri, Şəhriyar Məmmədyarov, David Navara - 1 xal.



Xəbər xətti