Rəcəbov Giriyə, Məmmədyarov Navaraya qarşı

18:44 3 Aprel 2019

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov qara fiqurlarla çıxış edəcək.Məmmədyarov çexiyalı David Navaranı sınağa çəkəcək. Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.

 

“ShamkirChess 2019”

IV tur

3 aprel

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan)

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya)

 

Turnir cədvəli: 1. Maqnus Karlsen – 2.5 xal, 2-3. Dinq Liren, Sergey Karyakin – 2 xal, 4-6. Vişvanatan Anand, Teymur Rəcəbov, Veselin Topalov – 1.5 xal, 7-10. Aleksandr Qrişuk, Aniş Qiri, Şəhriyar Məmmədyarov, David Navara - 1 xal.


Xəbər xətti