Teymur Rəcəbov: "Heç-heçə ədalətli nəticədir"

12:33 4 Aprel 2019

"Oyunda bərabər mübarizə getdi. Heç kim üstünlük qazana bilmədi. Fiqurları dəyişsək belə, vəziyyət düzəlmədi. Heç-heçə ədalətli nəticədir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Shamkir Chess 2019" superturnirinin IV turunda Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə oynayan Teymur Rəcəbov mətbuat konfransında deyib. Otuz iki yaşlı qrossmeyster adətən belə güclü turnirdə riskin az olduğunu bildirib.Ağ fiqurlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkdiyini deyən Aniş Giri bildirib:

 

"Adətən belə oyunlar zamanı qara fiqurların qarşısını kəsə bilirəm. Burada hücum qurmaqda çətinlik çəkdim. Rəqibim səhvə yol vermədi. Hesab edirəm ki, heç-heçə normal nəticədir".

 

O bildirib ki, hər bir şahmatçı qələbə qazanmaq istəyir, ancaq həmişə istədiyini əldə edə bilmir.

 

Qeyd edək ki, bu turnirdə T. Rəcəbovun 2, Aniş Girinin isə 1,5 xalı var.


Xəbər xətti