Cüdoçularımız Avropa kubokunda 8 medal qazandı

Sportarena.az      7 Aprel 2018, 10:21

Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

 

Sportarena.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

 

Yeniyetmə cüdoçularımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub. Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin