Dünya birinciliyində medal qazanan ağır atletimizin şərəfinə tədbir təşkil olunub - VİDEO

15:49 8 Aprel 2019

Ağır atletika üzrə ABŞ-ın Las-Veqas şəhərində baş tutan yeniyetmələr arasında dünya birinciliyində bürünc medal qazanan Əli Şükürlünün bu uğuru təhsil aldığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Qubadlı rayon İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində böyük sevinclə qarşılanıb və bu münasibətlə xüsusi tədbir düzənlənib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə atletin ailə üzvləri,məktəb və sinif yoldaşları, müəllimləri, məşqçiləri,məktəbin rəhbər heyəti, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin media nümayəndələri iştirak edib.

 

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsindən sonra başlayan mərasimdə ilk olaraq məktəbin direktoru Allahverən Allahverdiyev çıxış edib, 9-cu sinif şagirdi olan Əli Şükürlünün bu nailiyyətini yüksək qiymətləndirərək növbəti beynəlxalq yarışlarda ölkəmizi yenidən layiqincə təmsil etməyi arzulayıb. O, Əli Şükürlünün məktəbdə intizamlı və bilikli şagird kimi seçilməsini də xüsusi qeyd edib.  Daha sonra ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Oktay Muxtarov söz alaraq idmançımızın ABŞ-da keçirilən yarışa hazırlığından və qazandığı uğurdan danışıb, Əli Şükürlüyə idman fəaliyyətində bol nailiyyətlər diləyib. Mərasim zamanı atletimizə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbirdə həmçinin müxtəlif siniflərdən olan şagirdlər şerlər və ifalar səsləndirib, rəqslər təqdim ediblər. Əli Şükürlünün yarışının maraqlı kompozisiya şəklində, xüsusilə də ingilis dilində yenidən səhnələşdirildiyi məqam xüsusilə diqqət çəkib və alqışlarla qarşılanıb.  

 

 


Digər xəbərlər

Xəbər xətti