Maqnus Karlsen "Shamkir Chess 2019"un qalibi oldu

Sportarena.az      8 Aprel 2018, 23:02

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində 8-ci turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu turda norveçli Maqnus Karlsen rusiyalı Sergey Karyakini məğlub edərək xalını 6-ya çatdırıb və sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.O, ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakindən 1,5 xal irəlidədir.

 

Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə görüşlərini bərabərliklə başa vurublar.

 

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin) - 0:1

Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0

 

Qeyd edək ki, Maqnus Karlsen 2014, 2015 və 2018-ci illərdə də bu turnirin qalibi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin