Azərbaycanlı ağır atlet Avropa çempionatında üçüncü oldu

16:22 10 Aprel 2019

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 

 

Sportarena.az xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq.

 

Bu gün körpücük üzərinə Kənan Əliquliyev çıxıb. O, 81 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 306 kq nəticə ilə (135+171) öz qrupunda 3-cü yeri tutub. Onun yekun sıralamada tutduğu yer B və A qruplarında mübarizə bitəndən sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti