II Avropa Oyunlarında Azərbaycanı bu karateçilərimiz təmsil edəcək - ADLAR AÇIQLANDI

11:18 12 Aprel 2019

“Minsk 2019” II Avropa Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları bəlli olub.

 

Azərbaycan Milli Karate Federasiyasının Mətbuat xidmətindən Sportarena.az -a verilən məlumata görə, Belarusun paytaxtında ölkəni 6 karateçi təmsil edəcək. Kumite turnirində Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq), kata yarışlarında isə Roman Heydərli mübarizə aparacaq.

 

Karateçilər İspaniyada keçirilən sonuncu Avropa çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ əldə ediblər. Karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti