“Spartak” Ayaz Quliyevi cəzalandırdı

Sportarena.az      12 Aprel 2018, 23:39

Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Spartak”ın məşqinə gedərkən bir nəfərlə mübahisə edib və ona fiziki güc tətbiq edərək burnunu qırıb. Həmin şəxs isə ABŞ vətəndaşı olub. Sonradan tərəflər öz aralarında razılığa gəlib, xoşluqla ayrılsalar da, məsələdən xəbər tutan “Spartak” rəhbərliyi Ayazı cəzalandırıb. Klub, istənilən zorakılıq hallarını pisləyərək, Quliyevin bu davranışının yolverilməz olduğunu bəyan edib.

 

Ayaz Quliyev isə açıqlama verərək, üzr istəyib: “Günahımı etiraf edirəm, həmin şəxsdən bir daha üzr istəyirəm. Klubumdan da üzr istəyirəm. “Spartak”ın azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənə ömürlük dərs olacaq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin