Avroliqada həftənin ən yaxşısı bəlli oldu

12:39 13 Aprel 2019

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun qalibi "Benfika"nın yarımmüdafiəçisi Joao Feliks olub.

 

O, səsvermədə Aaron Remzi ("Arsenal”), Villian ("Çelsi”) və Qonsalo Quedeşi ("Valensiya”) qabaqlayıb.

 

Qeyd edək ki, Feliks "Ayntraxt"a 4:2 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə verib. 19 yaşlı futbolçu bununla da  Avroliqada het-trik edən ən gənc oyunçu olub.


Digər xəbərlər

Xəbər xətti