“Liverpul” və “Mançester Siti”dən növbəti qələbə: Amansız rəqabət davam edir + VİDEO

10:34 15 Aprel 2019

İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, çempionluq uğrunda amansız rəqabət aparan “Mançester Siti” və “Liverpul” bu turu da itkisiz başa vurublar.“Mançester Siti” səfərdə “Kristal Palas”ı 3:1 hesabı ilə məğlub edib. “Liverpul” isə turun mərkəzi matçında “Çelsi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

 

Bu qələbələrdən sonra “Liverpul” 85 xalla liderliyini davam etdirib. Bir oyunu ehtiyatda olan “Mançester Siti” isə 83 xalla ikinci pillədədir.

 

“Kristal Pelas” - “Mançester Siti” - 1:3

Qollar: Milivoyeviç, 81 - Sterlinq, 15, 63, Jezus, 90

“Liverpul” - “Çelsi” - 2:0

Qollar: Mane, 51, Salah, 53

 

 


Xəbər xətti