Azərbaycan millisinin futbolçusu rəqibin burnunu və yanağını sındırdı - FOTOFAKT

12:00 16 Aprel 2019

Almaniyanın 3-cü Liqasında 33-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” klubu da növbəti matçına çıxıb. Dadaşovun komandası "Münhen 1860”la qarşılaşıb. Münster klubunun 1:0 hesablı qələbə qazandığı bu oyunda Rüfət, 30-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb.

 

Futbolçu qolla yanaşı, kobudluğu ilə də yadda qalıb. O, matçın 78-cı dəqiqəsində top uğrunda mübarizədə dirsəyi ilə rəqib futbolçu Simon Lorentsə zərbə endirdiyi üçün sarı vərəqə görüb. Tibbi müayinədən keçən Lorentsin burun və sağ gözün altındakı yanaq sümüyündə qırıq aşkarlanıb. 22 yaşlı futbolçuya əvvəlcə meydanda yarım edən həkimlər onun zədələnmiş nayihəsini sarıyıb. Növbəti görüşdə Lorentsin meydana maska ilə çıxacağı bildirilir. 

 

"Proyssen” 33 turdan sonra 45 xalla 7-ci sırada qərarlaşıb.



Xəbər xətti