Joze Alesio: "Səhvlərimizi təkrarlamamağa çalışacağıq"

Sportarena.az      16 Aprel 2018, 12:15

Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Serbiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva affa.az saytına matçla bağlı açıqlama verib:
 

“Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin