Çempionlar Liqasının qalibi kim olacaq? - Mourinyo ŞANSLARI QİYMƏTLƏNDİRDİ

Sportarena.az      16 Aprel 2018, 12:32

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında cavab oyunları öncəsi fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, "Barselona" - "Mançester Yunayted" və "Yuventus" - "Ayaks" matçları ilə bağlı deyib: "Yuventus" və ya "Barselona"nın, hətta hər ikisinin mübarizəni dayandırmağı məni təəccübləndirməz. Nəticələr hər bir komandanın şansının qaldığını göstərir. İkinci matçlar oynanmadan kimin növbəti mərhələyə yüksəldiyini demək olmaz".

 

"Mançester Siti" - "Tottenhem" görüşünü də dəyərləndirən portuqaliyalı mütəxəssis bildirib: "Çox çətin oyun olacaq. Amma matçın favoritinin "Mançester Siti" olduğunu düşünürəm. İlk oyunu uduzdular. Amma mən yenə "Mançester Siti deyirəm. Hazırda hər bir komandanın Çempionlar Liqasının kubokunu qazanmaq şansı 12.5 faizdir".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin