Qalmaqal yaratmaq istəyən 54 “Ayaks”lı azarkeş oyuna buraxılmayacaq

Sportarena.az      16 Aprel 2018, 16:55

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Yuventus” – “Ayaks” görüşündən öncə səfərə gedən 54 hollandiyalı azarkeş İtaliyadan deportasiya ediləcək.

 

Sportarena.az xəbər verir ki, fanatların üzərindən fişəng, silah, bıçaq və digər qadağan edilmiş yad əşyalar aşkarlanıb. İki avtobusla Turinə yollanan azarkeşlərin “Yuventus”un fanatları ilə dava etməyi planlaşdırdıqları bildirilib.

 

Qeyd edək ki, Hollandiyada keçirilən ilk oyunda iki komandanın azarkeşləri arasında insident yaşanmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin