Futzal yığmamız Serbiyaya məğlub oldu

10:22 17 Aprel 2019

Futzal üzrə Azərbaycan milli komandası Serbiya ilə növbəti yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, matç rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Fasiləyə qədər 4 cavabsız qol vuran meydan sahibləri ikinci hissənin gedişində hesabı artırsa da, ruhdan düşməyən futzalçılarımız fərqi 2 topa qədər endirməyi bacarıb.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

 

 

Yoxlama oyunu

Serbiya – Azərbaycan 7:5
Qollar: S. Petrov, 0:35, 12:20, S. Rakiç, 16:38, V. Vukadinoviç, 17:47, V. Vesiç, 21:50, 22:20, Aleksa Antoniç, 23:28 – T. Thaqo, 20:57, 31:17, İ. Atayev, 29:45, F. de Araujo, 34:51, R. Çovdarov, 36:53.
Hakimlər: Vladan Raduloviç, Boyan Antoniç, Vladimir Yovanoviç.
Pozarevac. İdman Mərkəzi.


Digər xəbərlər

Xəbər xətti