"Bu görüşdə özümüzə bənzədik" - Lionel Messi

10:43 17 Aprel 2019

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda 1:0 hesabıyla yendiyi "Mançester Yunayted”i Barselonada darmadağınla üzən (3:0) meydan sahibləri adını yarımfinala yazdırdı.

 

Sportarena.az xəbər verir ki, ilk yarıda dubl edən Lionel Messi matçın ardından UEFA-nın saytına açıqlama verib:

 

"İlk 5 dəqiqədə bir qədər əsəbi göründük. Sonradan qollar vurduq və diqqətçəkən oyun sərgilədik. Hər şey əla alındı. Bu görüşdə özümüzə bənzədik, kim olduğumuzu ortaya qoya bildik”.

 

Qeyd edək ki, "Barselona” yarımfinalda "Liverpul” – "Portu” cütünün qalibi ilə üz-üzə gələcək.


Xəbər xətti