“Növbəti mövsüm də “Yuventus”dayam” - Massimiliano Alleqri

15:16 17 Aprel 2019

““Ayaks” əla futbolçulardan qurulmuş komandadır. Qələbəyə layiq idilər və xüsusən ikinci hissədə çox yaxşı oynadılar. “Real” kimi komandaya 2 oyuna 5 qol vuran klub necə ola bilər ki?”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib. O, UEFA Çempionlar Liqasının ¼ final mərhələsində gözlənilmədən “Ayaks”a uduzub mübarizəni dayandırmaqlarından danışıb. Mütəxəssis həmçinin klubdakı gələcək taleyi ilə bağlı da açıqlama verib: “Mən artıq klub prezidenti ilə danışmışam. Növbəti mövsüm də “Yuventus”da olacam. Artıq bütün planları qurmuşuq, hər şeyi danışmışıq”.

 

Alleqri Kriştianu Ronaldonun Turin klubundakı çıxışından razı qaldığını bildirib: “Ronaldo bu mövsüm bizə çox şey verib. Xüsusən Çempionlar Liqasında köməyimizə çatıb”.

 

Qeyd edək ki, “Yuventus” dünən Çempionlar Liqasında “Ayaks”a 1:2 hesabı ilə uduzaraq iki oyunun nəticəsinə görə mübarizəni  ¼  finalda dayandırıb. 


Digər xəbərlər

Xəbər xətti