"Qarşımıza qoyduğumuz məqsədə daha da yaxşınlaşdıq" - Roberto Bordin

Sportarena.az      19 Aprel 2018, 22:32

Azərbaycan Premyer Liqasında XXV turun “Sabah” – “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Oyunun nəticəsindən razı qaldım. Qarşımıza qoyduğumuz məqsədə daha da yaxşınlaşdıq. Bu tur çətin keçdi. Rəqibin də imkanları oldu. Bizim də boşa verdiyimiz epizodlar var idi. İkinci hissə futbolçularım oyunun sürətini daha da artırdı. Rəqibin azlıqda qalmağı da bizə xeyir oldu. Nəticəyə görə sevinirəm. Üzüldüyüm anlar var ki, bəzi oyunçularım zədə, bəziləri də cəza səbəbindən növbəti oyunu buraxacaq. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm.

 

- İlk hissədə komandanın hücumu alınmırdı. İkinci hissə rəqib azlıqda qaldıqdan sonra hesabı açdız. Çempionluğa oynayan komanda ancaq rəqib azlıqda qaldıqdan sonramı qələbə qazanmalıdı?
- İlk hissədəki epizodları gördüzmü? Hər oyunda rəqib azlıqda qala-qala bu yerə gəlib çıxmamışıq. 

 

- Çempionluğun son turda həll olunacağını düşünürsüzmü?
- Bu fikirlə razı deyiləm. Bu gün qələbə qazandıq, bunu unudub, digər rəqibə qarşı hazırlaşmalıyıq.

 

- "Qarabağ"ın kubok matçının olması sizin xeyrinizə ola bilərmi?
- Öz komandam, öz oyunlarımız barədə düşünürük. "Qarabağ" ın güclü və geniş heyəti var. Dəyişikliklər edə bilərlər.

 

- Mirabdulla Abbasovun oyununda irəliləyiş varmı?
- İrəliləyiş. var. Sona qədər mübarizə apardı. Sadəcə üzülürəm ki, bu gün qol vura bilmədi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin