Renat Dadaşov oynadı, komandası qələbə qazandı

12:30 20 Aprel 2019

Portuqaliya Sequndasında 30-cu tura start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Renat Dadaşovun formasını geydiyi "Eştoril" "Oliveyrense"ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.Renat 37-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, "Eştoril" 51 xalla Sequndanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti