"Zirə"nin legioneri "11-lik"də

Sportarena.az      21 Aprel 2018, 21:16

Sadio Tounkara "Zirə”nin heyətində Premyer Liqada V qolunu vurub.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, malili yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 25-ci turunun "Qəbələ” ilə səfər oyununda fərqlənib. 2017-ci il oktyabrın 21-də "Sumqayıt”la rəqib meydanındakı görüşdə (1:2) özünün qol hesabını açan legioner "5”ə 35-ci oyunda çatıb. O, ötən mövsümün 16 matçında üç, cari çempionatın 19 qarşılaşmasında iki dəfə qol sevinci yaşayıb.

 

Sadio "qartallar”ın Premyer Liqadakı ən məhsuldar 11 futbolçusu sırasında yer alıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Luis Alberto Diezə çatan Tounkara bombardirlər siyahısında 7-ci yerə şərikdir. Cədvələ 14 qol vuran Nelson Bonilla başçılıq edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin