Rafael Ağayev bürünc medal qazandı

00:06 22 Aprel 2019

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) "Karate 1" seriyasından Premyer Liqa turniri başa çatıb.

 

Sportarena.az xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

 

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

 

"Karate 1" seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti