İlk dubl və 10-cu qol

Sportarena.az      22 Aprel 2018, 12:05

Topaz Premyer Liqasının XXV turunun “Sabah” – “Neftçi” oyunu (0:2) Namiq Ələsgərovun dublu ilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, vurduğu 2 qolla komandasına 3 xal qazandıran yarımmüdafiəçi Azərbaycan çempionatlarında ilk dəfə dubla imza atıb.

 

Namiqin vurduğu ikinci top onun “Neftçi”nin heyətində 10-cu çempionat qolu olub. 57-ci görüşündə yubiley qeyd edən futbolçu 2016/17 mövsümündə 2, ötən çempionatda 5, cari yarışda 3 dəfə fərqlənib. Onun “ağ-qaralar”ın heyətindəki ilk qolu 2017-ci il fevralın 9-da “Keşlə”ylə səfərdəki qarşılaşmaya (3:1) təsadüf edib.

 

Qeyd edək ki, Namiq Premyer Liqa karyerasındakı qol sayını 16-ya çatdırıb. O, “Neftçi”yədək “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 qola sevinib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin