Mbappe “Real”a keçir? - Özü açıqladı

15:33 22 Aprel 2019

PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyini müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, Fransa milli komandasının üzvü gələn mövsüm Paris klubunun uğurları üçün çalışacaq.Gənc futbolçu gələn mövsüm İspaniyanın “Real” klubuna keçməyəcəyini açıqlayıb:

 

““Real”? Parisdə qalacam və PSJ-nin yolu ilə davam edəcəm. Zidanın geri dönməsi “Real” üçün yaxşı oldu. Mən onların oyunlarına hörmət etdiyim üçün baxıram”.

 

Qeyd edək ki, Mbappe PSJ-nin ən çox qazanan futbolçularından biridir.


Digər xəbərlər

Xəbər xətti