“Slaviya”da Nəbiyev “fırtınası” davam edir

19:32 22 Aprel 2019

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 4-cü turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.Sözügedən kollektiv doğma meydanda "Çeske Budeyevitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 6:0.

 

Futbolçumuz start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. O, qarşılaşmada dublla yadda qalıb. Nəbiyev 11-ci dəqiqədə matçda hesabı açıb, 54-cü dəqiqədə isə 4-cü qolun müəllifi olub. 

 

Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 7 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb. Fərid isə 17 qolla çempionatın bombardiridir. 


Digər xəbərlər

Xəbər xətti