“Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür"- Qurban Qurbanov

18:19 23 Aprel 2019

“Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqları ilk oyunundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfərdə qələbə qazanmaq istəsələr də, rəqibin ciddi müqaviməti ilə üzləşiblər: “Çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı".(report.az)


Xəbər xətti