Sem Smiti Bakıda bu məşhur əvəz edəcək - FOTOLAR

Sportarena.az      24 Aprel 2018, 13:25

"Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smiti əvəzləyəcək müğənni bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, britaniyalı müğənnini həmyerlisi Cessi Cey əvəzləyəcək.

 

Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

 

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.

 

Qeyd edək ki, "Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin