“Barselona”nın sabiq prezidenti azadlığa çıxdı

Sportarena.az      25 Aprel 2018, 00:08

2010-2014-cü illərdə “Barselona” klubunun prezidenti olmuş Sandro Rosell azadlığa çıxıb.

 

Sportarena.az xəbər verir ki, “çirkli pulların yuyulması”nda itiham edilərək 2017-ci ildə həbs edilən Rosellin məhkəmə işi ilə bağlı növbəti proses dünən baş tutub.Onun haqqında 6 il həbs cəzası istənilsə də, gözlənilmədən azadlığa buraxılıb. Onunla bərabər digər 5 nəfər də bəraət alıb.

 

Xatırladaq ki, Rosell 2014-cü ildə haqqında korrupsiya xəbərləri çıxdıqdan sonra istefa vermək məcburiyyətində qalmışdı.

 

Qeyd edək ki, sabiq prezident Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq 6,5 milyon avro komisyon haqqı almaq və ümumilikdə 20 milyon avronu saxta şirkətlər tərəfindən yumaqda ittiham edilmişdi. Bu işdə onun Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra ilə əlbir olduğu bildirilirdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin