"Barselona" Arda Turan üçün klub axtarır

Sportarena.az      26 Aprel 2018, 00:07

Arda Turan yayda klubunu dəyişəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniyada yayımlanan "El Confidencial" qəzeti məlumat yayıb.

 

Qəzetin iddiasın görə, "Barselona"nın 2020-ci ilədək "Başakşəhər"ə icarəyə verdiyi 32 yaşlı futbolçu klub axtarışındadı. Belə ki, "Barselona" 2015-ci ildə "Atletiko"dan 34 milyon avroya aldığı türk futbolçunu satmaq istəyir. Kataloniyalılar "Başakşəhər"ə onun transfer haqqını almağı təklif etsə də, Super Liqa klubu bundan imtina edib. Bu səbəbdən "Barselona" Ardanı başqa kluba satmaq niyyətindədi.

 

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm oynadığı 16 matçda qol vurmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin