“Qəbələ”nin futbolçusuna daha bir təklif

Sportarena.az      26 Aprel 2018, 11:09

 “Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə Şotlandiyada daha bir klubun maraq dairəsinə düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Şotlandiya mətbuatı yayıb.Bildirilir ki, Azərbaycan millisinin üzvü uğrunda “Seltik”lə mübarizəyə əzəli rəqibi “Reyncers” də qoşulub. Həmkarlarımızın yazdığına inansaq, “Seltik”in danışıq apardığı 22 yaşlı mərkəz müdafiəçisini rəqibindən "oğurlamağa" çalışan “Reyncers” Azərbaycandakı əlaqələrini işə salmağa hazırlaşır.

 

Bu baxımdan yarımmüdafiəçi Endi Hallideyə böyük iş düşəcək. Klub rəhbərliyi hesab edir ki, bir müddət əvvəl ölkəmizdə məhz “Qəbələ”nin formasını geyinmiş Hallidey Bəhlulu “Reyncers”ə keçməyə razı sala bilər.
 

Qeyd edək ki, Bəhlul Mustafazadənin “Qəbələ” ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin