PSJ-nin futbolçusu Neymar azarkeşi vurdu - VİDEO

13:42 28 Aprel 2019

Fransa Kubokunun finalında "Renn"ə uduzan PSJ-nin futbolçusu Neymar azarkeşlə dava edib.

 

Sportarena.az xəbər verir ki, fanatlardan biri telefonla məyus halda mükafatlandırma mərasiminə gedən Paris klubunun futbolçularını videoya çəkib.

 

Lakin bu Neymarın xoşuna gəlməyib. Braziliyalı ulduz əvvəlcə onunla mübahisə edib, sonra isə sifətinə zərbə endirib.

 

Qeyd edək ki, "Renn"lə PSJ arasında keçirilən Fransa Kubokunun oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Renn" qalib gələrək (6:5) tarixində 3-cü dəfə kuboka sahib çıxıb.

 

 


Xəbər xətti