Almaniya çempionatı: "Bavariya" autsayderlə bacarmadı - VİDEO

23:38 28 Aprel 2019

Almaniya Bundesliqasında 31-ci turun oyunları başa çatıb.

 

Sportarena.az xəbər verir ki, turun son oyununda "Bavariya" səfərdə "Nürnberq"in qonağı olub. Görüş 1:1-lik bərabərliklə yekunlaşıb. Autsayderlə bacarmayan Münhen klubu ən yaxın izləyicisi olan Dortmund "Borussiya"sı ilə xal fərqini artırmaq şansını əldən verib.

 

 


Xəbər xətti