Qurban Qurbanovlu “Qarabağ”ın 200-cü qələbəsi

12:24 29 Aprel 2019

Topaz Premyer Liqasının XXVI turu 3 yubileylə əlamətdar olub. 

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ” "Zirə” ilə səfər oyununda baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

 

2008-ci ildən Ağdam komandasına rəhbərlik edən 47 yaşlı mütəxəsis 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurban Qurbanovun "Neftçi"dəki fəaliyyət dövrü də nəzərə alınmaqla, Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-di.


Digər xəbərlər

Xəbər xətti