Hollandiyalı qapıçı “Barselona”dan ayrılmaq istəyir

17:03 30 Aprel 2019

“Barselona”nın hollandiyalı qapıçısı Yasper Sillessen klubda xoşbəxt olmadığını və klub axtarışında olduğunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubunda Mark-Andre ter Şteqenin kölgəsində qalan 30 yaşlı əlcək sahibi daha çox oynaya biləcəyi yerə getmək istədiyini bildirib: "Mövsüm başa çatan kimi istirahətə yollanacam. Daha sonra isə oynaya biləcəyim yeni bir klub tapacağıma ümid edirəm. Artıq oynamaq istəyirəm".
 

2016-cı ildə "Ayaks"dan 13 milyon avroya trasnfer edilən Sillessenin "Barselona" ilə müqaviləsi 2021-ci ilə qədərdir. O, cari mövsüm 7 oyunda forma şansı qazanıb.


Xəbər xətti