Fariz Nəcəfov: "Kubokla çempionatın qərarlarımıza təsiri olmayacaq" - MÜSAHİBƏ

Sportarena.az      1 May 2018, 21:04

"Oyunun ağır keçəcəyini gözləyirdik. Belə də oldu".

 

Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin prezidenti Fariz Nəcəfov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Klubun yeni rəhbəri səfər qolu sayəsində finala adlayan kollektivi təbrik edib. O, əvvəllər 3 dəfə həlledici qarşılaşmayadək irəliləmələrinə rəğmən son nöqtəni qoya bilmədiklərini xatırladıb.

 

Nəcəfov mayın 19-da Naxçıvanda keçiriləcək final matçında daha yaxşı oyun sərgiləyərək, qələbə qazanacaqlarına ümid etdiyini söyləyib: "Bu gün 0:2 hesabı ilə geridə olduğumuz vaxt da qol vuracağımıza inanırdım. Ümumiyyətlə, udsaq da, uduzsaq da, komandamıza inamım böyük olub. İnanmasaydım, işimi davam etdirməyin mənası olmazdı. Finalda bizə kimin rəqib olmasının isə fərqi yoxdu".

 

"Artıq qərar verilib. Finalın Naxçıvanda keçirilməsi ilə bağlı nə isə danışsam, yanlış olar", - deyən Nəcəfovun sözlərinə görə, klubların bu barədə fikirləri əvvəlcədən soruşulmayıb: "Görüşün harada keçirilməsindən asılı olmayaraq, gərək maksimum hazırlıqlı olaq".

 

"Qəbələ"nin prezidenti gələn mövsüm klubun büdcəsinin azaldılacağına dair iddialara isə belə reaksiya verib: "Bu barədə hələ heç nə danışa bilmirəm. Çünki kubok və ya çempionatdakı nəticəmizin qərarımıza təsiri yəqin ki, olmayacaq. Əvvəlcədən planlaşdırdığımız qaydada davam edirik. Klubun gələcək taleyi ilə bağlı isə yaxın günlərdə açıqlama veriləcək".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin