Azərbaycan kubokunda 5-ci dəfə

Sportarena.az      2 May 2018, 15:00

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Zirə” - "Sumqayıt” görüşündə nadir təsadüf olunan 3:3 hesablı heç-heçə qeydə alınıb. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, yarışın 27 illik tarixində 5-ci dəfə bu nəticəyə təsadüf olunub. Sonuncu belə məhsuldar heç-heçə 2015/16 mövsümündə qeydə alınmışdı. Həmin vaxt "Qaradağ Lökbatan”la "Şərurspor” hərəyə üç qol vurub.

 

1993-cü ildə "Pambıqçı” (Neftçala) - "Avtomobilçi”, 1998/99 mövsümündə isə "ANS-Pivani” - "Babək” matçları da bu hesabla başa çatıb. 1993/94 mövsümündə isə indiki kimi yarımfinalda altı qolluq heç-heçə qeydə alınıb. "Kəpəz”in "Kür-Nur”la matçında qalib müəyyənləşməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin