"Qəbələ"nin iki futbolçusu finalda oynamayacaq

21:51 2 May 2019

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq finala yüksələn "Qəbələ" iki itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar"ın "Sumqayıt"la keçirəcəyi həlledici oyununu müdafiəçi Amin Seydiyev və albaniyalı yarımmüdafiəçi Sabien Lilay buraxmalı olacaq. Hər iki futbolçu "Qarabağ"la oyunda sarı vərəqə limitini doldurub.

 

Naxçıvanda keçiriləcək "Qəbələ" - "Sumqayıt" finalı mayın 19-da baş tutacaq.


Xəbər xətti