UEFA Bakıda rekord gözləyir

19:06 3 May 2019

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşündə azarkeş rekordu ehtimal edilir.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın saytında Bakıda ilk dəfə avrokubokların həlledici görüşünün baş tutacağı qeyd edilib. 2015-ci ildə tikilən Bakı Olimpiya Stadionunda AÇ-2020-nin final mərhələsinin 4 matçının keçiriləcəyi də vurğulanıb. Stadionun azarkeş tutumunun 70 minə yaxın olduğu və Bakıda yeni rekordun qırılacağı ehtimal edilib.

 

Sonuncu dəfə bu turnirin 1999-cu ildə Moskvada baş tutan "Parma" - "Latsio" oyununda azarkeş rekordu qeydə alınıb (62 min). UEFA BOS-da yeni rekordun qeydə alınacağını proqnozlaşdırır.

 

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti