Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

21:15 3 May 2019

“Barselona” klubunun prezidenti Xosep Mariya Bartomeu klubun hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki,Bartomeu 31 yaşlı argentinalının öz karyerasını nə vaxt başa vuracağını öncədən deməyin mümkünsüz olduğunu dilə gətirib.

 

“O istəsə lap 45 yaşına kimi də oynaya bilər, kim bilir? Daha üç il, dörd il oynayacaq, yoxsa beş  il və yada daha çox – bunu biz bilə bilmərik, nə qədər istəsə o qədər də oynayacaq”, -deyə ispan klubunun prezidenti bildirib.

 

Komanda əfsanəvi futbolçunun gedişinə hazırlaşsa da, Bartomeu həmin günün elə də tez gəlməyəcəyini söyləyib.

“Bəli , Leo dünya futboluna  məxsusdur, ancaq bütün həyatını demək olar “Barsa”da keçirib. O bir klubun oyunçusudur. Leo heç vaxt getməyəcək. Nə vaxtsa futbol karyerasını başa vuracaq, ancaq hər zaman bizimlə qalacaq”, - deyə “Barselona” klubunun prezidenti vurğulayıb.


Xəbər xətti