"Qarabağ" ölkə çempionu oldu, "Sumqayıt" qələbə qazandı - YENİLƏNİB

22:19 5 May 2019

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün matçları eyni gündə oynanılıb.İlk olaraq "Keşlə" "Zirə"ni qəbul edib.

 

Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”lə qarşılaşıb. “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub. Turun son oyununda  "Sumqayıt" "Sabah"ı qəbul edib.

 

5 may (bazar)

17:00. “Keşlə” – “Zirə”  1-3

Qollar: S.Rodriqes,27

Qırmızı vərəqə: D.Silva,28
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
“ASK Arena”

 

18:00. “Qəbələ” – “Neftçi” 1-3

Qollar: Mbodj,26, Baqali Dabo, 71, 90 (pen) Rauf Əliyev, 84
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Qəbələ şəhər stadionu

 

18:00. “Qarabağ” – “Səbail” 4-0

Qollar: Miçel,20, Mahir Mədətov, 42,69,87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

 

20:00. “Sumqayıt” – “Sabah”  1-0 

Qollar: Əmir Ağayev,49
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
“Kapital Bank Arena”


Xəbər xətti