"Ronaldo başqa qadınlarla..." - İrina Şeykdən ETİRAF

15:59 5 May 2019

Tanınmış rusiyalı model İrina Şeyk keçmiş sevgilisi Kriştiano Ronaldo ilə münasibətləri haqqında ilk dəfə danışıb.

 

Sportarena.az xəbər verir ki, İrina birlikdə olduqları müddətdə Ronaldonun onu dəfələrlə başqa qadınlarla aldatdığını və münasibətlərinin buna görə bitdiyini deyib.

 

"Bu haqda çox şey yazıldı. Amma iş burasındadır ki, Kriştiano məni bir çox qadınla aldatdı. Münasibətlərimizi də bu bitirdi" - deyə rusiyalı model bildirib.

 

Qeyd edək ki, İrina Şeyk hazırda aktyor Bredli Kuperlə, Ronaldo isə Georgina Rodrigeslə birlikdədir.


Digər xəbərlər

Xəbər xətti