Aftandil Hacıyev: "Essyen universal futbolçudur, ancaq yaş öz sözünü deyir"

20:46 5 May 2019

"Təcrübə baxımından "Qarabağ" bizdən üstündür. Əvvəlki matçlarda bu rəqibə qarşı yaxşı çıxış etmişdik. Bu gün isə bunu bəzi epizodlarda edə bildik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Qarabağ" 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

 

Məğlubiyyəti şərh edən 38 yaşlı mütəxəssis Maykl Essyenin çıxışına da toxunub: "Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdur. Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudur. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyir".
 

Hacıyev Premyer Liqada ilk mövsümündə medal qazanmağın xoş olduğunu bildirib: "Medal qazanacağıma inam vardı. Əvvələr əvəzedici komandalarda bunu bacarmışdım. Qışa qədər mənim üçün ağır keçdi. Premyer Liqada baş məşqçi kimi ilk ilimdə medal qazanmaq xoş haldır".  


Digər xəbərlər

Xəbər xətti