Riçard Almeyda: “Neftçi”nin çempion olması mümkün deyil”

Sportarena.az      5 May 2018, 22:30

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 6-cı dəfə ölkə çempionu olub.
 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda fikirlərini bölüşüb. 29 yaşlı yarımmüdafiəçi çempionluq barədə fikirlərini bölüşüb:

 

- Əlbəttə, gözəl hisslərdir. Mən “Qarabağ”a qayıdanda “Neftçi”dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq.

 
- “Qarabağ”ın hegemonluğuna heç bir komandanın son qoya bilməməsinin səbəbi nədir?
- Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. “Neftçi”nin çempion olması mümkün deyil. 

 

- Futbol ictimaiyyəti çempionun adına son turda aydınlıq gəlməsini arzulayırdı. Hər şey son tura qalsaydı, necə olacaqdı?
- Təbii ki, insanlar üçün yaxşı mübarizə olacaqdı. Bundan başqa, belə olması rəqiblərin güc balansını itirir. Çünki hər-hansı səhv həlledici ola bilər. Son oyuna qalsaydı, bizim üçün tamam fərqli ola bilərdi. 

 

- “Qarabağ”dakı gələcəyin necə olacaq?
- “Qarabağ”la 6 aylıq müqaviləm var. Ümid edirəm ki, hər şeyi yoluna qoya biləcəyik. “Qarabağ” mənim ailəmdir. Ailəm Azərbaycanı sevir. “Qarabağ”mənim ürəyimdədir. Burada olmaqdan çox xoşbəxtəm.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin