Dmitri Nazarov qol vurdu, komandası qələbəyə sevindi

23:29 5 May 2019

Almaniya II Bundesliqasında XXXII turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfərdə "Reqensburq"un qonağı olub. 

 

Görüş Nazarovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana 60-cı dəqiqədə daxil olan millimizin üzvü bir dəqiqə sonra qol vurub. Yarımmüdafiəçi ötən tur olduğu kimi yenə penaltidən fərqlənib.

 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Aue" 12-ci pilləyə yüksəlib. "Reqensburq" isə 45 xalla 8-cidi.


Xəbər xətti