"Təmkin Xəlilzadə ilə bağlı qərarı klub rəhbərliyi verəcək" - "Sabah"ın baş məşqçisi

Sportarena.az      6 May 2018, 00:37

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunu şərh edib: "Oyun sönük keçdi. Yəqin ki, bu da arxayın olduğumuzdan irəli gəlirdi. 6-cı yerdən yuxarı qalxmaq üçün "Zirə"ni son turda məğlub etməliyik".

 

Əhmədov daxili nizam-intizam qaydalarını pozduğu üçün mövsümün sonunadək klubdan kənarlaşdırılmış Təmkin Xəlilzadə barədə bunları deyib: "Çempionat bitəndən sonra bu məsələyə baxılacaq. Qərarı klub rəhbərliyi verəcək".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin