ABŞ və Türkiyədən "Qarabağ"a təbrik - FOTOFAKT

11:23 6 May 2019

"Qarabağ"ın ardıcıl 6-cı ölkə çempionluğuna sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb. 

 

Sportarena.az xəbər verir ki, karyerasını ABŞ-da davam etdirən veteran müdafiəçi sevimli komandasını təbrik edib.Bir müddət öncə "Qarabağ"ı ABŞ-ın "Kosmos" komandasına dəyişən albaniyalı müdafiəçi Nyu-York küçələrində Ağdam təmsilçisinin forması ilə çəkdirdiyi şəkli "Instagram" səhifəsində paylaşaraq, altında Azərbaycan dilində "Ardıcıl 6-cı dəfə çempionuq" yazıb.

 

"Qarabağ"ın digər sabiq üzcü İbrahim Şehiç də sabiq komandasmğnı təbrik edib. Türkiyənin "Erzurumspor" klubunda çıxış edən bosniyalı qapıçı "Facebook" səhifəsində Qurban Qurbanovun şəkilini və "Qarabağ"ın loqosunu paylaşaraq, sabiq komandasının 2014-cü ildən bu yana çempion olduğunu xatırladıb.

 

Qeyd edək ki, Aqolli 2010-19, Şehiç isə 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.  



Xəbər xətti